17:50 05-09-2012
news_image

Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Ukraynanın Nikolayev şəhərində qadınlar arasında ənənəvi boks turnirinə start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumatına görə, yarışda yerli idmançılarla yanaşı, Rusiya, İsveç, Polşa, Fransa, Finlandiya, Belarus və Moldova komandaları mübarizə aparır.

Ölkəmizi turnirdə 51 kq çəki dərəcəsində Anna Əlimərdanova təmsil edir. Boksçumuz ilk görüşdə Polşa təmsilçisi Aleksandra Paçkanı böyük üstünlüklə məğlub edib – 15:3. Əlimərdanova növbəti mərhələdə Ukrayna boksçusu İvanna Krupeniya ilə qarşılaşacaq.

Qeyd edək ki, 70 qadın boksçunun iştirak etdiyi turnirə sentyabrın 8-də yekun vurulacaq.