20:53 06-09-2012
news_image
3436
STOLÜSTÜ OYUNLAR

Yığmamız Gürcüstanı yenib, Polşa ilə heç-heçə oynadı

İstanbulda keçirilən şahmat Olimpiadasında bu gün IX turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milliləri xal ehtiyatlarını artırmaq üçün növbəti matçlarına çıxıblar.

Bir gün öncə Çinlə heç-heçə edən kişilərdən ibarət yığmamız polşalı həmkarlarını sınağa çəkib. Kapitan Vladimir Tukmakov reytinqinə görə 16-cı olan rəqibə qarşı da Eltac Səfərlini oynatmayıb və komandamız növbəti xal itkisinə üzülüb – 2:2. Bu isə onların 2 pillə geriləməsi ilə nəticələnib.

Qadınlardan ibarət komandamız isə daha güclü Gürcüstan millisi ilə üz-üzə gəlib. Fikrət Sideifzadənin Türkan Məmmədyarovaya istirahət verdiyi turda rəqib də əsas heyətlə mübarizə aparmayıb. Reytinqinə görə Olimpiadanın 3-cü yığması olan gürcülər əsas şahmatçıları Nana Dzaqidzeni (2547) bizlə oynatmayıb.

Matç isə zəka sahiblərimiz üçün uğurlu alınıb. Millimiz Zeynəb Məmmədyarovanın hesabına qələbə qazanaraq, 10 pillə irəliləyib.

6 sentyabr
IX tur


Kişilər
POLŞA (2650) – AZƏRBAYCAN (2693) - 2:2

Radoslav Voytaşek (2717) – Teymur Rəcəbov (2788) - 1:0
Şəhriyar Məmmədyarov (2729) – Bartoş Sitsko (2635) - 1:0
Dariuş Sverts (2594) – Rauf Məmmədov (2634) - 0,5:0,5
Qədri Hüseynov (2613) – Bartolomey Maçeya (2594) - 0,5:0,5

Turnir cədvəli: 1. Çin (272,0), 2. Rusiya (268,5), 3. Ermənistan (258,5) – 15, ...9. Azərbaycan (246,5), ...15. Polşa (202,0) – 13.

Qadınlar
GÜRCÜSTAN (2490) – AZƏRBAYCAN (2266) - 1,5:2,5

Bela Xotenaşvili (2509) – Zeynəb Məmmədyarova (2285) - 0:1
Gülnar Məmmədova (2324) – Lela Cavaxişvili (2458) - 0,5:0,5
Nino Xotenaşvili (2444) – Nargiz Umudova (2208) - 0,5:0,5
Xəyalı İsgəndərova (2205) – Nino Batsiaşvili (2432) - 0,5:0,5

Turnir cədvəli: 1. Çin (287,0) – 16, 2. Rusiya (266,5) - 15, 3. Ukrayna (266,0) – 14, ...9. Azərbaycan (221,0) – 13, ...24. Gürcüstan (223,0) - 11.