16:07 06-09-2012
news_image
1239
DÖYÜŞ NÖVLƏRİ

Güləşçilərimizdən fiasko

Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün 44, 51, 59 və 67 kq çəkidə gənc qızlar mübarizəyə qoşulub.

Azərbaycan güləşçiləri 59 kq çəki dərəcəsi istisna olmaqla, digər 3 çəkidə qüvvələrini sınayıb. Lakin onların heç biri mükafatçılar sırasına düşə bilməyib.

Belə ki, Aydan Səfərli (44 kq) və Dərya Korin (67 kq) ilk görüşündə uduzduğu halda, Patimat Baqomedova (51 kq) 1/4 finalda mübarizəni dayandırıb.