İndi də Ukrayna və Fransa
Azərbaycan yığma komandalarının İstanbulda təşkil olunan Ümumdünya Şahmat Olimpiadasının X turundakı rəqibləri bəlli olub. Apasport.az saytının xəbərinə görə, yarışların 10-cu günü kişilərdən ibarət millimiz Ukrayna ilə qarşılaşacaq. Qadın şahmatçılarımızı isə Fransa ilə sınaq gözləyir.