09:05 10-09-2012
news_image
1354
STOLÜSTÜ OYUNLAR

Yığmamız Hindistana qalib gəldi

İstanbulda keçirilən şahmat üzrə olimpiadaya yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günü komandalarımız üçün fərqli olub.

Kişilərdən ibarət komandamızın qələbə qazandığı 11-ci tur qadınlarımız üçün uğursuz alınıb. Hindistan üzərində çətin qələbə qazanan yığmamızın uğuru Şəhriyar Məmmədyarovun əldə etdiyi 1 xal sayəsində mümkün olub.

Belarusa uduzan xanımlarımızın heyətində isə Nərgiz Umudova qalib gəlsə də Gülnar Məmmədova və Zeynəb Məmmədyarovanın məğlubiyyətləri komandamızı xalsız qoyub.

Bu nəticələrdən sonra kişilərdən ibarət komandamız 10-cu, qadınlar isə 28-ci yerdə qərarlaşıb.

Kişilər
Azərbaycan – Hindistan - 2,5:1,5
Eltac Səfərli – Krişnan Saşikiran - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Pentala Harikrişna - 1:0
Rauf Məmmədov – Parimarcan Neqi - 0,5:0,5
Qədir Hüseynov – Naryanan Qopal - 0,5:0,5

Turnir cədvəli: 1. Ermənistan – 19 (397, 29), 2. Rusiya - 19 (388,5, 28,5), 3. Ukrayna - 18 (363, 29,5)... 10. Azərbaycan - 15 (344, 29).

Qadınlar
Azərbaycan – Belarus - 1,5:2,5
Zeynəb Məmmədyarova – Anastasiya Zyazyulkina - 0:1
Gülnar Məmmədova – Anna Şaroviç - 0:1
Türkan Məmmədyarova – Lanita Stetsko - 0,5:0,5
Nərgiz Umudova – Mariya Neveselaya - 1:0

Turnir cədvəli: 1. Rusiya - 19 (450, 33), 2. Çin - 19 (416, 31,5), 3. Ukrayna - 18 (408,5, 30,5)... 28. Azərbaycan - 13 (306, 26)