14:10 10-09-2012
news_image
2045
FUTBOL

50-80-50

DÇ-2014-ün seçmə mərhələsinin Portuqaliya ilə səfər oyunu Azərbaycan futbolunun 2 önəmli siması üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və kapitanı Rəşad Sadıqov Braqadakı oyunda yubiley qeyd edəcəklər.

2008-ci ilin martında baş məşqçi təyin olunan almaniyalı yığmamızın “sükanı arxasında” 50-ci oyununa çıxacaq. Bu göstəricidə sələflərinin hamısını qabaqlayan Foqts rekorduna yubiley əlavə edəcək.
Almaniyalının rəhbərliyi altında yığmamız indiyədək 11 qələbəyə sevinib. Bu 4 ildən artıq müddətdə 13 heç-heçə görən Foqtsun komandası 25 dəfə meydanı başıaşağı tərk edib. Millimiz Portuqaliyada uduzmazsa bu, məğlub olmadığımız 25-ci qarşılaşma olacaq. Bununla da məğlubiyyətlərlə xal qazandığımız görüşlərin sayında tarazlıq yaranacaq. Bu matçlarda yığmamız 41 qolun sevincini yaşayıbsa, 75 dəfə qapıçımız topu tordan çıxarıb.

Ardıcıl 3-cü seçmə mərhələdə iş başında olan Foqtsun yetirmələri 21 seçmə oyuna çıxıb. Belə matçda 3 qələbə qazanıb, 4 heç-heçə edib və 14 dəfə uduzub. Komandamızın 15 qoluna rəqibləri 41 dəfə cavab verib.

Berti Foqtsun Azərbaycan yığmasındakı bütün oyunları
2008
140. 1 iyun. Zenitsa. YO. Bosniya və Herseqovina - Azərbaycan 1:0
141. 4 iyun. Andorra-la-Vella. YO. Andorra - Azərbaycan 1:2
142. 20 avqust. Reykyavik. YO. İslandiya - Azərbaycan 1:1
143. 27 avqust. Tehran. YO. Iran - Azərbaycan 1:0
144. 6 sentyabr. Kardif. DÇ. Uels - Azərbaycan 1:0
145. 10 sentyabr. Bakı. DÇ. Azərbaycan - Lixtenşteyn 0:0
146. 11 oktyabr. Helsinki. DÇ. Finlandiya - Azərbaycan 1:0
147. 15 oktyabr. Manama. YO. Bəhreyn - Azərbaycan 1:2
148. 19 noyabr. Bakı. YO. Azərbaycan - Albaniya 1:1

2009
149. 1 fevral. Dubay. YO. Azərbaycan - Özbəkistan 1:1
150. 11 fevral. Əl-Küveyt. YO. Küveyt - Azərbaycan 1:1
151. 28 mart. DÇ. Moskva. Rusiya - Azərbaycan 2:0
152. 2 iyun. YO. Kayseri. Türkiyə - Azərbaycan 2:0
153. 6 iyun. DÇ. Bakı. Azərbaycan - Uels 0:1
154. 9 iyun. YO. Bakı. Azərbaycan - İspaniya 0:6
155. 12 avqust. DÇ. Bakı. Azərbaycan - Almaniya 0:2
156. 5 sentyabr. DÇ. Lənkəran. Azərbaycan - Finlandiya 1:2
157. 9 sentyabr. DÇ. Hannover. Almaniya - Azərbaycan 4:0
158. 10 oktyabr. DÇ. Vaduts. Lixtenşteyn - Azərbaycan 0:2
159. 14 oktyabr. DÇ. Bakı. Azərbaycan - Rusiya 1:1
160. 15 noyabr. BT. Əl-Ayn. Azərbaycan - İraq 0:1
161. 18 noyabr. BT. Əl-Ayn. Azərbaycan - Çexiya 2:0

2010
162. 25 fevral. YO. Əmman. İordaniya - Azərbaycan 0:2
163. 3 mart. YO. Lüksemburq. Lüksemburq - Azərbaycan 1:2
164. 26 may. YO. Seekirchen. Moldova - Azərbaycan 1:1
165. 29 may. YO. Bischofshofen. Makedoniya - Azərbaycan 3:1
166. 2 iyun. YO. Zell am See. Honduras - Azərbaycan 0:0
167. 11 avqust. YO. Bakı. Azərbaycan - Küveyt 1:1
168. 7 sentyabr. AÇ. Köln. Almaniya - Azərbaycan 6:1
169. 8 oktyabr. AÇ. Vyana. Avstriya - Azərbaycan 3:0
170. 12 oktyabr. AÇ. Bakı. Azərbaycan - Türkiyə 1:0
171. 17 noyabr. YO. Podqoritsa. Çernoqoriya - Azərbaycan 2:0

2011
172. 9 fevral. YO. Dubay. Azərbaycan – Macarıstan 0:2
173. 29 mart. AÇ. Brüssel. Belçika – Azərbaycan 4:1
174. 3 iyun. AÇ. Astana. Qazaxıstan – Azərbaycan 2:1
175. 7 iyun. AÇ. Bakı. Azərbaycan – Almaniya 1:3
176. 10 avqust. YO. Bakı. Azərbaycan – Makedoniya 0:1
177. 2 sentyabr. AÇ. Bakı. Azərbaycan – Belçika 1:1
178. 6 sentyabr. AÇ. Bakı. Azərbaycan – Qazaxıstan 3:2
179. 7 oktyabr. AÇ. Bakı. Azərbaycan – Avstriya 1:4
180. 11 oktyabr. AÇ. İstanbul. Türkiyə - Azərbaycan 1:0
181. 11 noyabr. YO. Tirana. Albaniya – Azərbaycan 0:1

2012
182. 24 fevral. YO. Dubay. Azərbaycan – Sinqapur 2:2
183. 27 fevral. YO. Dubay. Azərbaycan – Hindistan 3:0
184. 29 fevral. YO. Dubay. Azərbaycan – Fələstin 0:2
185. 23 nay. YO. Şizuoka. Yaponiya – Azərbaycan 2:0
186. 30 may. YO. Frankfurt. Azərbaycan – Andorra 0:0
187. 15 avqust. YO. Bakı. Azərbaycan - Bəhreyn 3:0
188. 7 sentyabr. DÇ. Bakı. Azərbaycan – İsrail 1:1

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov isə 80-ci dəfə yığma formasında meydana çıxacaq. Bununla da 30 yaşlı müdafiəçi Azərbaycan futbolunun rekorduna şərik olacaq. Aslan Kərimovun göstəricisinə çatmaq üçün yubiley matçına çıxacaq Rəşad artıq qarşıdakı oyunlarda vahid rekordçu ola bilər.
Düzdür, bəzi mənbələr Rəşadın 80-ə çoxdan çatdığını iddia edirdi. Amma apasport.az saytının araşdırmaları (www.apasport.az/news.php?id=63294 ) bunun yanlış olduğunu göstərdi. Beləliklə Sadıqov yubileyini Braqada qeyd edib rekorda şərik olacaq.
Bu günə qədər 49 dəfə meydana kapitan sarğısı ilə çıxan Rəşad 50-ci dəfə millimizi arxasınca arenaya aparacaq. Yubiley oyun, rekord və yubiley kapitanlıqla 3 qat əlamətdar olan oyun müdafiəçinin start heyətində 77-ci oyunu olacaq.

Rəşad Sadıqov Azərbaycan milli komandasında

il

oyun

dəqiqə

qol

Start heyətində

kapitan

2001

1

90

0

1

0

2002

11

752

0

8

0

2003

6

507

0

6

0

2004

10

900

2

10

2

2005

8

720

0

8

4

2006

3

270

1 (1-i pen)

3

3

2007

2

180

0

2

2

2008

10

900

0

10

10

2009

5

411

0

5

5

2010

9

750

1 (1 avtoqol)

9

9

2011

9

810

0

9

9

2012

5

405

0 (1 pen. vurulmayıb)

5

5

Cəmi

79

6605

4 (2 penaltidən 1-i dəqiq, 1 avtoqol)

76

49