17:29 10-09-2012
news_image

Bakıda keçiriləcək “Qızıl Qran-pri”nin təqvimi bilindi

Sentyabr 21-23-də Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq turnirin proqramına əsasən sentyabrın 20-də görüşləri idarə edəcək hakimlərin seminarı və texniki iclas olacaq.

İlk gün sərbəst, ikinci gün qadın, üçüncü gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq. Yarışlar hər gün saat 10.00-da, final görüşləri saat 17.00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi sentyabrın 21-də saat 17.00-da baş tutacaq.