13:45 13-09-2012
news_image
1569
DÖYÜŞ NÖVLƏRİ

“Hələlik peşəkar boksa keçmək fikrim yoxdur” - MÜSAHİBƏ

Azərbaycan yığmasının boksçusu Məhəmmədrəsul Məcidov Dağıstanda mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, XXX London Yay Olimpiya Oyunlarında +91 kq çəki dərəcəsində ölkəmizə bürünc medal qazandıran dünya çempionu Böyük Britaniyadakı uğurundan və gələcək karyerasından danışıb.

- Bürünc medal qazanmağınız münasibətilə sizi təbrik edirik. Əldə etdiyiniz nəticə ilə razısız, yoxsa çempionluğa ümid edirdiz?
- Əlbəttə, daha artığına ümid edirdim. Açığı, Londona qızıl medal üçün getmişdim. Haradasa alınmadı, haradasa nəsə çatmadı, indi nə deyə bilərəm? Bürünclə də razıyam.

- Sizi doğma kəndinizdə necə qarşıladıqlarını gördük. Eşidilən xoş sözlərdən sonra yenidən rinqə çıxıb, daha yaxşı nəticə göstərmək istəyiniz varmı?
- Bu dəstək məni daha da ruhlandırır. Doğma xalqın dəstəyi, mənə azarkeşlik etməsi çox xoşdur.

- Gəlin, Olimpiadanın 1/4 finalında həmyerlin Məhəmməd Ömərovla görüşünüzü xatırlayaq. Həmin qələbə sizə çox çətin başa gəldi? Onunla nə dərəcədə tanışsız?
- Əlbəttə, yarımfinala vəsiqə uğrunda döyüşdə üz-üzə gəlməyimiz xoş deyildi. Lakin belə alındı və ikimizdən biri uduzmalı idi. Yəqin ki, mən daha hazırlıqlı idim və bəxtim də daha çox gətirdi.

- Döyüşdən sonra onunla söhbətləşdizmi?
- Bəli, danışdıq. Biz dostuq. Əvvəllər birgə məşq etmişik, təlim-məşq toplanışlarında olmuşuq və indi də yaxşı münasibətlərimiz var.

- İtaliyalı Roberto Kammarelle finalda sizi təəccübləndirdimi? Bu döyüş üçün hansı tapşırığı almışdız?
- Kammarelle ilə döyüşdə köhnə zədəm özünü göstərdi. Məsələ ondadır ki, hələ Olimpiada öncəsi sümüyüm çatlamışdı. Roberto çox hərəkətli oğlandır və onunla ayaqlaşmaq çox çətin idi.

- Azərbaycanda necə qarşılandız?
- Çox möhtəşəm qarşılandım. Onlara minnətdaram. Bütün bu müddətdə həm mənəvi, həm maddi tərəfdən ciddi dəstək görürəm.

- Yevgeni Kotovun gedişindən sonra belə fikir yaranır ki, yığma Olimpiadanın startına yaxşı formada gəlməmişdi. Bununla bağlı nə düşünürsüz və sizi kim çalışdırırdı?
- Bizimlə mənim şəxsi məşqçi Hacımurad Qazıyev işləyirdi. Mənə çox kömək etdi. Yığmanı isə Nəriman Abdullayev hazırlayırdı. O, çox yaxşı məşqçidir və böyük işlər gördü. Bir neçə yaxşı toplanış keçdik. Bizdə heç bir artıq yüklənmə olmadı.

- 4 ildən sonra 30 yaşınız olacaq. Növbəti Olimpiadada iştirak edəcəksiz, yoxsa peşəkar boksa üz tutacaqsız?
- 2016-cı ildə Rio-de-Janeyroda olacaq Olimpiadaya hazılaşacam. Azərbaycan da bunu istəyir. Hələlik peşəkar boksa keçmək fikrim yoxdur. Baxarıq, növbəti Olimpiada ərəfəsində hansı formada olacam.

- İndi həvəskar və peşəkar boksun birləşməsi haqda danışırlar. Buna münasibətiniz necədir?
- Bunu yalnız alqışlayıram. Çünki belə olan halda idmançı həvəskar boksdan getmədən, peşəkar rinqə də çıxa biləcək.

- London Olimpiadasında müxtəlif ölkələrin heyətində 27 dağıstanlı mübarizə aparırdı. Ola bilərmi ki, Olimpiya Oyunlarında ayrı respublika kimi çıxış etsin?
- Bu gün hazırda məşqçilər arasında ən çox müzakirə olunan sualdır. London tsiklində biz idmançının bir millidən digər yığmaya keçməsinə nəzarət etmədik. Bu onunla bağlıdır ki, bizim ölkə müstəqil respublika deyil. İstedadlı uşaqlar çoxdur, amma hamısına lazımı şərait yaratmaq qeyri-mümkündür. Bununla belə bizə potensialına görə 1 və 2 nömrələri respublikada saxlamaq üçün bir sistem lazımdır. Bu, Dağıstanın idman ictimaiyyətinin qarşısında duran əsas məqsəddir. Bildirim ki, səylə çalışan idmançılar bizim ölkəni təmsil etməsələr belə, böyük turnirlərdə iştirak etmək imkanına malik olmalıdırlar.