14:25 13-09-2012
news_image
1212
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədliyə “5” verdilər

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəli açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan millisinin aparıcı idmançıları ilk “20-lik”də qərarlaşıblar.

Cüdoçularımızdan ən yaxşı göstərici Olimpiya çempionumuz Elnur Məmmədliyə (81 kq) məxsusdur. O, cədvəldə 5-ci yeri tutur. Ondan sonra İlqar Müşkiyev (60 kq) gəlir ki, təmsilçimiz 7 rəqibindən geri qalır.

Millimizin liderlərindən olan Elxan Məmmədovla (90 kq) Kifayət Qasımova (57 kq) 11-ci pilləni tuturlar. Onlardan başqa, Ramilə Yusubova (63 kq) 16-cı, Tərlan Kərimov (66 kq) 17-ci, Rüstəm Orucov (73 kq) 19-cu və Elmar Qasımov (100 kq) 20-cidir.

Qeyd edək ki, cüdoçularımız Olimpiadadan sonra hələ heç bir yarışa qatılmayıblar.