22:16 13-09-2012
news_image

“Oxumaq və oynamaq istəyirəm...”

Dünya boksunun əfsanəsi Maykl Tayson gələcəkdə bağlı planını açıqlayıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Maykl Tayson Honkonqda jurnalistlərə açıqlamasında deyib ki, gələcəkdə musiqi sədaları altında oxumaq və rəqs etmək istəyir.

Maykl Tayson bununla imicini dəyişmək istədiyini də etiraf edib: “Mən dünyada ən pis oğlan kimi qalmaq istəmirəm. Boks karyeram dövründə yaxşı oğlan olmaq istəsəm də, həmişə pis oğlan olmuşam. Həmin vaxt başa düşməmişəm ki, necə yaxşı oğlan olmaq olar”.