12:01 15-09-2012
news_image

Millimizin məşqçilər heyəti yeniləndi

Taekvondo üzrə Azərbaycan milli komandalarının məşqçilər heyəti yenilənib. Lent.az-ın məlumatına görə, Ələkbər İmaməliyev əsas yığmanın baş məşqçisi postunda qalıb.

Ona Gündüz Abdullayevlə Elnur Amanov böyük məşqçilər qismində yardımçı olacaqlar. Abdullayev həm də qadınlardan ibarət yığmamıza rəhbərlik edəcək. O, yenicə istefaya göndərilmiş cənubi koreyalı baş məşqçi Sun Mi Parkı əvəzləyib.

Gündüz Abdullayevin əvvəllər rəhbərlik etdiyi gənclər millimiz qardaşı Məmməd Abdullayevə tapşırılıb. Bu komandada köməkçi-məşqçi funksiyasını Zahid Məmmədov yerinə yetirəcək.

Nəhayət, Məmməd Abdullayevin əvvəllər çalışdırdığı yeniyetmələrdən ibarət yığmamıza Səbuhi Zülfüqarov baş məşqçi təyin olunub. Zülfüqarov daha öncə əsas millidə İmaməliyevin köməkçisi işləyib. Yeni baş məşqçiyə Sənan Həşimov yardım edəcək.