09:08 17-09-2012
news_image

Yığmamız Xorvatiyaya yollanır

Xorvatiyanın Porec şəhərində keçiriləcək cüdo üzrə gənclər arasında Avropa çempionatına yollanacaq Azərbaycan millisinin heyəti məlum olub. keçiriləcək. Apasport.az saytının məlumatına görə, sentyabrın 21-də start götürəcək qitə birinciliyində məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında ölkəmizi 11 idmançı təmsil edəcək.

Bunlar Rasim Əlməmmədov, Mehman Sadıqov (hər ikisi 55 kq), İsgəndər Talışınski, Rəşad Rufullayev (hər ikisi 60 kq), Musa Mehdiyev, Cəlil Cəlilov (hər ikisi 66 kq), Afiq Səfərli, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Abdulhaqq Rəsullu, Məmmədəli Mehdiyev (hər ikisi 81 kq) və Əlixan Həsənovdur (100 kq).

Qeyd edək ki, yarış sentyabrın 23-də başa çatacaq.