09:16 17-09-2012
news_image

Olimpiya çempionunun xatirə turnirində 3 medal

Türkiyənin Rizə şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu M.Akif Pirimin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan güləşçiləri 1 qızıl və 2 bürünc medal əldə edib.

Məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb. Təmsilçilərimizin hər biri fəxri kürsüdə yer tutub. 50 kq çəkidə mübarizə aparan Elçin Məmmədov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Aqşin Məmmədli (85 kq) və Cavid Feyziyev (100 kq) isə bürünc medala sahib olub.