17:54 22-09-2012
news_image
1142
DÖYÜŞ NÖVLƏRİ

1 qızıl, 1 gümüş, 2 bürünc medal

Sentyabrın 21-dən Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb. Apasport.az saytının xəbərinə görə, turnirin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü ümumilikdə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı yığmamıza Nadya Sementsova (67 kq) qazandırıb. Anjela Doroqan (51 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətlənib. 48 kq çəkidə Şəfəq Muradzadə və 59 kq çəkidə mübarizə aparan İrina Netreba isə bürünc medal əldə edib.

48 kq
1/8 final - Şəfəq Muradzadə - Henriette Slattum (NOR)
1/4 final - Gulmira İsakova (KAZ) - Kəmalə Əliyeva (1:3, 3:4)
1/4 final - Julita Omilusik (POL) - Şəfəq Muradzadə (1:1, 1:3)
1/2 final - Kəmalə Əliyeva - Nataliya Pulkovska (UKR) (2:3, 6:2, 0:7)
1/2 final - Anna İvamure (JPN) - Şəfəq Muradzadə (4:3, 6:0)
Bürünc medal görüşü - Yelena Vostrikova (RUS) - Kəmalə Əliyeva (2:0, 2:0)
Bürünc medal görüşü - İrina Rıbak (UKR) - Şəfəq Muradzadə (2:6, 2:3)

51 kq
1/4 final - Anjela Doroqan - Milana Dadaşova (RUS) (3:0, 6:0)
1/2 final - Zufilya Jaxyarova (KAZ) - Anjela Doroqan (1:3, 0:4)
FİNAL - Anjela Doroqan - Yu Miyahara (JPN) (0:7)

55 kq
1/8 final - Yarina Dubovska - İrina Husyak (UKR) (0:2, 0:4)
1/8 final - Solmaz Həşimzadə - M. Fulp-Allen (USA) (3:0, 0:6, 2:4)

59 kq
1/4 final - İrina Netreba - Anna Polovneva (RUS) (2:1, 3:3, 1:1)
1/2 final - Yui Sakano (JPN) - İrina Netreba (1:0, 4:1)
Bürünc medal görüşü - Mimi Nikolova Xristova (BUL) - İrina Netreba (1:0, 1:1, 0:3)

63 kq
1/8 final - Hanna Belyayeva - M. Apodaca (USA)
1/4 final - İnna Trajukova (RUS) - Hanna Belyayeva (1:0, 5:3)

67 kq
1/4 final - Mariya Zaytseva (KAZ) - Nadya Sementsova (0:7)
1/4 final - Gözəl Zutova - Sara Doşo (JPN) (2:4, 0:6)
1/2 final - Nadya Sementsova - Sara Doşo (JPN) (1:0, 1:1)
FİNAL - Veronika Karlson (USA) - Nadya Sementsova (0:1, 0:1)

72 kq
1/4 final - A. Fransson (SWE) - Nataliya Palamarçuk (2:0, 1:0)
Bürünc medal görüşü - Nataliya Palamarçuk - Burmaa Oçirbat (MGL) (0:1, 0:4)