09:37 25-09-2012
news_image
1440
FUTBOL

Berti Foqts millinin futbolçusunu tənqid etdi: O tənbəldir

“Lukas Podolski istedadlı futbolçudur. Lakin o tənbəldir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts deyib.

66 yaşlı mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruyub, baş məşqçi kimi “sükanı arxasında” olduğu Almaniya yığmasının problemlərində Lukas Podolskinin rolu olduğunu düşünür. Foqts vətənində verdiyi açıqlamada 28 yaşlı hücumçunu tənqid atəşinə tutub: “Lukas topu itirəndən sonra geri qaçmır. Yığmamızın Avro-2012-nin yarımfinalındakı İtaliyaya məğlubiyyətinin də günahkarı odur. Sevinirəm ki, Lukas artıq “Köln”də deyil. Burada onun çoxlu dostları var idi. Podolskinin ardıcıl 3 epizodda hərəkətli görmək möcüzə idi. Yaşı ki, o, “Arsenal”a keçdi. Orada Arsen Venger kimi baş məşqçi var. 2-3 dəfə Lukasın tam hazır olmadığını görən kimi ehtiyatda oturdacaq. London təmsilçisində Lukas əsl peşəkara çevriləcək”.