14:12 25-09-2012
news_image
1183
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires”in yeni baş məşqçisi bəlli oldu

WSB liqasında mübarizə aparan “Baku Fires”in yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, komandanı tanınmış mütəxəssis Nurişipa Talibov çalışdıracaq.

Bunu dağıstanlı məşqçinin özü deyib: “Baku Fires”i çalışdırmaq təklifi mənə hələ 2010-cu ildə gəlmişdi. Klubun baş meneceri Rizvan Genciyev özü məni ora dəvət etmişdi. Lakin o zaman uşaqları Olimpiadaya hazırladığımdan bu təklifdən imtina etdim. Londondakı turnir bitəndən sonra biz Gənciyevlə yenidən əlaqə saxladıq və mən Bakı klubuna rəhbərlik etməyə razılıq verdim”.