11:33 27-09-2012
news_image
1124
DİGƏR NÖVLƏR

Azərbaycanlı hakim Çempionlar Liqasında 22 qol gördü

Azərbaycanlı hakim Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Apasport.az saytının məlumatına görə, beynəlxalq dərəcəli referi Mark Koqanov su polosu üzrə Avropanın ən nüfuzlu klub turnirində iş başında olub.

Təmsilçimiz İtaliyada yerli “Breşia” ilə Serbiya “Voyvodina”sı arasında qarşılaşmada fit çalıb. C qrupunda yer alan komandaların oyununda 22 qol vurulub və italiyalılar qalib gəlib – 13:9.