13:31 30-09-2012
news_image

Medal görən olmadı

Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatı başa çatıb. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, yarışda iştirak edən komandamızın üzvlərindən ikisi medala yaxın olsalar da, son anda bu şansı əldən verib və beşinci yerlə kifayətləniblər. Digər güləşçilərimiz isə uğursuz çıxış ediblər.

48 kq çəkidə mübarizə aparan Patimat Baqomedova yarışa kanadalı rəqibi üzərində (1:0, 1:0) qələb ilə başladı. İkinci görşündə Rumıniya təmsilçisi ilə gərgin keçən görüş də güləşçimizin (3:3, 0:3) qələbəsi ilə tamamlanıb. Yarımfinal görüşündə yaponiyalı Eri Tosaka ilə görüş isə Patimat üçün (0:1, 1:2) uğurlu alınmayıb. Bürünc medal uğrunda görüşdə Almaniya güləşçisi Jaklin Şellin ilə üç hissədə keçən gərgin görüşdə Patimat Baqomedova xal hesabı ilə öndə olsa da, yekunda məğlub olub və 5-ci yerdə qərarlaşıb.

51 kq-da mübarizə aparan Anjela Doroqan yarışa 1/8 finalda ABŞ təmsilçisi Alissa Lampe ilə görüşlə başlayıb. Ancaq görüş təmsilçimiz üçün uğurlu olmayıb.

55 kq çəkidə güləşən Yarina Dubovska elə ilk görüşdəcə məğlub olub. Polşalı Katarina Kravçik (5:1, 4:0) tam üstünlüklə qalib gəlib.

59 kq-da Yuliya Ratkeviçin 1/8 finaldakı rəqibi Türkiyə güləşçisi Elif Jale Yeşilirmak olub. Güləşçimiz bu görüşü (3:0, 3:0) qələbə ilə başa vurub. ¼ finalda Böyük Britaniya təmsilçisi Olqa Butkeviçlə gərgin keçən görüşdə güləşçimiz (0:1, 1:0, 5:1) məğlub olub.

63 kq çəkidə mübarizə aparan Anna Belyayeva ardıcıl olaraq Rumıniyadan olan Andrea Simonu (1:0, 2:3, 0:1) və Çexiyadan Mixala Spustovanı (0:3, 0:6) məğlub etsə də 1/4 finalda Çin təmsilçisinə (0:4, 0:1) məğlub olub və mübarizəni dayandırıb.

67 kq-da Nadya Sementsova ilk olaraq 1/8 finalda İsveç təmsilçisi Katarina Yohanssonla görüşdən (1:0, 1:0) qalib ayrılsa da, ¼ finalda Kanada təmsilçisi Erzsebet Doroti Yeatsa (0:1, 2:5) uduzub.

72 kq çəki dərəcəsində Natalya Palamarçukun 1/8 finalda rəqibi qazaxstanlı Gözəl Manyurovaya (5:0, 7:0) məğlub olub. Rəqibinin finala çıxması təmsilçimizə medal şansı yaradıb. Ancaq Natalya bu şansdan da yararlana bilməyib. Belə ki, braziliyalı rəqibi ilə təsəlliverici görüşdən (1:0, 2:0) qalib ayrılsa da, güləşçimiz bürünc medal görüşündə belaruslu Vasilisa Marzalyukla (0:1, 1:4) bacarmayıb.