10:41 01-10-2012
news_image

Güləşçilərimiz Batumidən 3 qızıl medal qazandılar

Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin xatirəsinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Apasport.az saytının xəbərinə görə, turnirdə yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın 3 üzvü iştirak edib.

Məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirə yollanan güləşçilərimizin hər biri fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Belə ki, 50 kq çəkidə Kərim Cəfərov, 60 kq-da Murad Məmmədov və 66 kq çəkidə mübarizə aparan Amil Əhmədov turnirin baş mükafatını əldə edib.