15:43 07-10-2012
news_image
844
DİGƏR NÖVLƏR

Olimpiya məşəlinin marşrutu açıqlandı

2014-cü ildə Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəlinin estafetinin marşrut müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, şimal qonşumuzun paytaxtı Moskvada açıqlanıb.
Bu il oktyabrın 7-də ənənəyə uyğun olaraq Yunanıstanda yandırılacaq məşəl düz 1 ildən sonra Moskvaya çatacaq. Orta hesabla gündə 535 km qət etməklə Rusiyanın 83 regionunu gəzdikdən sonra isə məşəl Soçiyə çatdırılacaq. Bu prosesdə 14 min məşəl aparan və 30 min könüllü iştirak edəcək.
Qeyd edək ki, 2014-cü ilin Olimpiadası fevralın 7-23-də keçiriləcək.