23:00 10-10-2012
news_image

Güləşçilərimiz Qroznı turnirində

Oktyabrın 13-də və 14-də Çeçenistanın paytaxtı Qroznıda güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, sayca 4-cü olmaqla Çeçenistan prezidenti Ramzan Kadırovun və Rusiya İdman Federasiyasının vitse-prezidenti Adlan Varayevin şərəfinə keçiriləcək həmin turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparacaqlar.

Pəhləvanlarımız Qroznı turnirində Rusiya, Ukrayna, Belarus, İran, ABŞ, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Ermənistan, Türkiyə, Böyük Britaniya, Slovakiya, Bolqarıstan və Qroznıdan olan güləşçilərlə mübarizə aparacaqlar. İki gün davam edəcək turnirdə 200-dək güləşçi 55, 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcəsində medallar uğrunda yarışacaq.