23:02 10-10-2012
news_image

Olimpiya medalçımız qələbə söz verdi

Azərbaycan kişilərdən ibarət boks üzrə yığma komandasının üzvü, London Olimpiadasının üçüncüsü və DÇ-2011-in gümüş medalçısı olan Teymur Məmmədov mətbuata qarşıdakı planları ilə bağlı açıqlama verib. Apasport.az saytının xəbərinə görə, bu ilin noyabrında Bakıda keçiriləcək tələbələrin boks üzrə dünya çempionatına hazırlaşan Teymur həmin yarışın qalibi olmaq arzusunda olduğunu bildirib: "Bu turnir 2012-ci il mövsümünün irimiqyaslı turnirlərindən sonuncusudu. Hər zaman olduğu kimi, bu turnirdə də qalib gəlmək məqsədi ilə rinq döyüşünə çıxacam. Yarışda mənimlə yanaşı, yığmadakı komanda yoldaşlarımdan Elvin Məmişzadə və Heybətulla Hacıəliyev də iştirak edəcək".