09:22 12-10-2012
news_image
931
DİGƏR NÖVLƏR

İpponla gələn qızıl

Əbu-Dabidə cüdo üzrə keçirilən Qran-pri turnirinin ilk gününün qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa 5 idmançı ilə yollanan Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.

Onlardan ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə göstərib. Həmyerlimiz keçirdiyi hər 3 döyüşü ipponla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Bradford Bolen (ABŞ), Şaqo Maeno (Yaponiya) və Rişod Sobirovu (Özbəkistan) məğlub edib.

Təəssüf ki, Şıxəlizadədən fərqli, Orxan Səfərovla Əli Rzayev (hər ikisi 60 kq) ilk döyüşündə uduzaraq, mübarizəni vaxtından əvvəl dayandırıblar.

Qeyd edək ki, cüdoçularımızdan bu gün Afiq Sultanlı (73 kq) və Tural Safquliyev (81 kq) mübarizəyə qoşulacaq.