10:09 18-10-2012
news_image
1577
DİGƏR NÖVLƏR

® Bakcell-dən “Ulduzlar Zalı” - FOTOSESSİYA

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti dünyanın ən böyük futbol klublarından olan “Mançester Yunayted”lə 3 illik tərəfdaşlıq layihəsi çərçivəsində “Ulduzlar Zalı” adlı muzeyinin açıldığını məmnuniyyətlə elan edir.

“Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmeyxel, Klubun Əlaqələr üzrə Direktoru Nik Hamfreys və Bakcell-in Baş İcraçı Direktoru Riçard Şirer Sahil bağındakı açılış mərasimində iştirak ediblər.

“Ulduzlar Zalı”nda “Mançester Yunayted”ə məxsus muzey eksponatları, klubun məşhur oyunçularının geyindikləri formalar, idman ayaqqabıları, kuboklar və medallar nümayiş olunur. Burada həmçinin muzeyə gələnləri yarışmalara həvəsləndirən ən son texnologiyalara əsaslanan rəqəmli oyunlar, play station, və “fan zona” və s. yerləşdirilib.

Muzey oktyabrın 15-də açılıb və Azərbaycandakı “Mançester Yunayted” azarkeşlərinin bu həftənin sonuna kimi hər gün saat 14.00-dan 22.00-a kimi “Ulduzlar Zalı”na baş çəkmək imkanı var.
Üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki azarkeşlərinə və 2.6 milyondan artıq Bakcell abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək. Bakcell eyni zamanda məşhur olan futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sü[email protected] xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.