10:24 18-10-2012
news_image
1121
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan yığması “Qitələrarası Kubok”a yollanır

Sərbəst güləş üzrə yığma komandamız oktyabrın 20-21-də Dağıstanın Xasavyurt şəhərində keçiriləcək sayca 4-cü “Qitələrarası Kubok” beynəlxalq turnirində iştirak edəcək. Güləş Federasuyasından apasport.az saytına verilən xəbərə görə, turnirdə 9 idmançımız qüvvəsini sınayacaq.

Baş məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Xasavyurtda Mahmud Maqomedov, Namiq Sevdimzadə, Azər Paşayev (hər üçü 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Emin Əzizov (66 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli İsayev və Aslan Cebisov (hər ikisi 120 kq) mübarizə aparacaq.