15:33 20-10-2012
news_image
1441
DÖYÜŞ NÖVLƏRİ

Erməni boksçu: Bakıda küçədə sakitcə oturdum

Rusiya milli komandasının Bakıda doğulmuş erməni boksçusu David Ayrapetyan 2011-ci ilin sentyabrında Azərbaycan paytaxtına səfərindən danışıb. Lent.az-ın məlumatına görə, 29 yaşlı idmançı “news.am”a müsahibəsində ötən il sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda olduqları müddətdə şəhərə mühafizəçilərin müşayiəti altında çıxdıqlarını bildirib.

Ayrapetyan deyib: “Mən Bakıdakı keçmiş evimizi tapdım. Küçədə sakitcə oturdum və geri qayıtdım”.


Qeyd edək ki, David Ayrapetyan Bakıdakı dünya çempionatında 49 kq çəki dərəcəsində bürünc medal və 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.