01:20 21-10-2012
news_image
1533
DÖYÜŞ NÖVLƏRİ

Millimizin baş məşqçisi istefaya göndərilir - FOTO

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Salih Bora istefaya göndərilə bilər. Apasport.az saytının xəbərinə görə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi türkiyəli mütəxəssisin işindən razı deyil.

Bu səbəbdən Bora ilə müqavilənin uzadılmayacağı gözlənilir.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimiz Boranın rəhbərliyi altında London Yay Olimpiya Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanmışdı.