13:56 23-10-2012
news_image
1430
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimovun səhhətində problem yaranıb

Azərbaycan millisinin şahmatçısı Vüqar Həşimov Daşkənddə keçiriləcək Qran-pridə iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları artıq qrossmeysterimizin amerikalı Qata Kamski ilə əvəzləndiyini bildiriblər.

Onlar bunu turnirin rəsmi səhifəsində qeyd ediblər. Həşimovun Qran-pridə mübarizə aparmamağı isə səhhəti ilə bağlıdır. Belə ki, son zamanlar şahmatçımızın sağlamlığında müəyyən problem yaranıb. O, bu səbəbdən Olimpiadaya da yollana bilməmişdi.

Qeyd edək ki, Daşkənd Qran-prisi noyabrın 22-dən dekabrın 4-ə kimi olacaq.