14:16 23-10-2012
news_image

Yığmamız Qazaxıstana yollandı

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Qazaxıstana yola düşüb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız Kaldı-Kurqan şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Millimizin baş məşqçisi Şamil Alimzanov və Vidadi Tağıyevin rəhbərliyi altında səfərə 13 boksçumuz yollanıb. Onlardan ikisi - Rauf Rəhimov və Pərviz Bağırov ötən il gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıblar. Ceyhun İbrahimli, Rahil Məmmədli, Tural Əhmədov, Kamran Məlikov, Nəsrəddin Məmmədov, Saqi Salehli, Orxan Mayıllı, Sadiq Səmədov, Rüstəm Musayev, Fərid İsmayılov və Nəbi Bağırov da heyətə daxil ediliblər. Yarışda ölkəmizi hakim kimi Anar Babanlı təmsil edəcək.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyi noyabrın 25-dən dekabrın 8-ə kimi Ermənistanın paytaxtı İrəvanda keçiriləcək. Ancaq Azərbaycan milli komandasının bu yarışda iştirak edib-etməyəcəyi hələ bəlli deyil.