16:17 23-10-2012
news_image
1000
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Rumıniyaya gedəsi olmadı

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti dəfə Rumıniyada keçiriləcək XX kateqoriyalı ənənəvi “Bazna Kings” beynəlxalq turnirində iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb şahmatçımızın martda baş tutacaq iddiaçıların yarışında iştirakıdır.

Belə ki, təşkilatçılar öncə turnirin iyunun 23-dən iyulun 4-ə kimi olacağını bildirsələr də, sonda noyabrda keçirməyi qərara alıblar. Bu tarix də Rəcəbov üçün sərfəli hesab olunmayıb. Onunla yanaşı, turnirdə iştirak edəcəyi gözlənilən Vişvanatan Anand, Maqnus Karlsen və Sergey Karyakin də Rumıniyaya yollanmayacaq. Nəticədə “Bazna Kings”də Vasili İvançuk, Veselin Topalov, Liviu–Diter Nisipyanu və Fabiano Karuana iştirak edəcək.

Qeyd edək ki, turnir noyabrın 7-14-də olacaq.