15:45 29-10-2012
news_image
3108
DÖYÜŞ NÖVLƏRİ

Olimpiya çempionumuz Rusiyada evləndi - FOTOSESSİYA

Olimpiya çempionumuz Şərif Şərifov subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, London Yay Olimpiya Oyunlarının qızıl medalçısı doğulub, boya-başa çatdığı Dağıstanda toyu olub.

Sərbəst güləşçimiz Əminət adlı xanımla ailə həyatı qurub. Onun həyat yoldaşı Dağıstanda Tibb Akademiyasında stomatologiya fakültəsində təhsil alır.

“Rusiya” restoranında keçirilən toyda səbəbkarları təbrik etməyə çoxlu tanınmış atletlər, məşqçilər, idman funksionerləri gəlib. Onlar arasında sərbəst güləş millimizin sabiq baş məşqçisi Məhəmmədxan Aratsilov, Şərifin şəxsi çalışdırıcısı Ənvər Məhəmmədhacıyev, millimizin dağıstanlı legionerləri Cəmalıddin Məhəmmədov, Əli Məhəmməddebirov, Səid Həmidov, həmçinin London-2012-nin bürünc mükafatçısı boksçumuz Məhəmmədrəsul Məcidov da olub.

Toyun gedişində Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti də gəlib. Onlar arasında sərbəst güləş yığmamızın baş məşqçisi Saypulla Absaidovla və AGF-nin vitse-prezidenti Məhəmməd Əliömərov da yer alıb.