11:03 30-10-2012
news_image

Yığmamızda yeni simalar

Boks üzrə qadınlardan ibarət Azərbaycan millisi Qəbələdə təlim-məşq toplanışına başlayıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Şamil Məhəmmədbəyovun rəhbərliyi altında hazırlıq prosesində 8 idmançı iştirak edir. Onların arasında London Olimpiadasında mübarizə aparmış, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova (75 kq) da var. Digər boksçular isə yerli gənc qızlardır.

Belə ki, təlim-məşq toplanışına Anaxanım Ağayeva, Ceyran Dadaşova (hər ikisi 48 kq), Əzizə Abbasova (51 kq), Ayla Hüseynova (64 kq), Leyla Həsənova (69 kq), Yelena Vıstropova, Leyla Cavadova (hər ikisi 75 kq), Aynur Rzayeva (81 kq) qatılıblar.

Qeyd edək ki, təlim-məşq toplanışı noyabrın 15-dək davam edəcək.