12:08 31-10-2012
news_image

Milllimiz Lənkəranda toplanışa başladı

Boksçularımız Bakıda keçiriləcək tələbələr arasında dünya çempionatına hazırlığı davam etdirirlər. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız hazırda Lənkəranda – Cənub Regional Boks Mərkəzində təlim-məşq toplanışındadır.

Məşqçilər Nəriman Abdullayev və İlham Alimzanovun rəhbərliyi altında hazırlıq prosesinə 19 idmançı cəlb olunub. Onların arasında dünya Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, Olimpiya oyunlarının bürünc medalçısı Teymur Məmmədov da var. London Olimpiadasınnı digər iştirakçılarından Heybətulla Hacəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) də yığmanın heyətinə cəlb olunublar.

2011-ci ildə Ankaradakı Avropa çempionatında qızıl medal qazanmış Salman Əlizadə də (49 kq) təlim-məşq toplanışında iştirak edir. Məşqçilər heyəti bəzi təcrübəli boksçuların komanda ilə birgə məşq etməsinə etiraz etməyib.

Qeyd edək ki, tələbələr arasında dünya çempionatında hər ölkə hər bir çəki dərəcəsində yalnız bir idmançı ilə təmsil oluna bilər. Odur ki, noyabrın 14-dən 18-dək Bakı İdman Sarayında keçiriləcək yarışda 10 boksçumuz rinqə çıxacaq.

Təlim məşq toplanışında iştirak edən boksçular:
Salman Əlizadə, Sərxan Babayev (hər ikisi 49 kq), Cavid Çələbiyev (52 kq), İlkin Ağayev, Samir Məmmədov, Rəhim Nəcəfov (hər üçün 56 kq), Elvin İsayev (60 kq), Kamran Baxşəliyev (hər ikisi 60 kq), Elnur Əliyev, Heybətulla Hacəliyev, Salman İbrahimov (hər üçü 64 kq), Tamerlan Abdullayev, İsmət Eynullayev, Emil Əhmədov (hər üçü 69 kq), Yolçu Zeynalov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov, Kamran Mehdiyev (hər ikisi 91 kq) və Fərid Şabanov (91+kq)