16:32 02-11-2012
news_image

Azərbaycan millisinin heyəti açıqlandı

Noyabrın 10-11-də Lozannada keçiriləcək taekvondo üzrə “Swiss Open”də iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, İsveçrəyə baş məşqçi Ələkbər İmaməliyev və məşqçi Gündüz Abdullayevin rəhbərliyi altında 12 idmançımız yollanacaq.

Yarışda Pərvin Əliyev, Samir Cavadlı (hər ikisi 58 kq), Namaz Heydərov, Fariz Əliyev (hər ikisi 68 kq), Ramin Əzizov, Elvin Məmmədov (hər ikisi 80 kq), Ceyhun Həsənli, Bayraməli Vəliyev (hər ikisi +80 kq), Xəyalə Quliyeva, Türkanə Rahirli (hər ikisi 49 kq), Günay Ağakişiyeva və Səbinə Mikayılova (hər ikisi 57 kq) qüvvəsini sınayacaq. Millimiz son hazırlıqları federasiyanın zalında keçirir.

Qeyd edək ki, İsveçrədə A kateqoriyalı beynəlxalq turnir olimpiya çəki dərəcələri üzrədir.