00:15 06-11-2012
news_image
879
DİGƏR NÖVLƏR

“Forbes” ən varlı idmançılarının adlarını açıqladı

Məşhur "Forbes" jurnalı 2012-ci ildə dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlayıb. Apasport.az-ın məlumatına görə, siyahıya yenə də qolfçu Tayger Vuds başçılıq edir.

Futbolçular arasında isə ilk "onluğ"a "Los Anceles Qalaksi"nin üzvü Devid Bekhem və "Real"ın ulduzu Kriştiano Ronaldo düşüblər.

Tam siyahı aşağıdakı kimidir:

1. Tayger Vuds (qolf)
2. Rocer Federer (tennis)
3. Fil Mikkelson (qolf)
4. Devid Bekhem (futbol)
5. LeBron Ceyms (basketbol)
6. Kobe Brayant (basketbol)
7. Useyn Bolt (yüngül atletika)
8. Mahendro Sinqx Doni (kriket)
9. Kriştiano Ronaldo (futbol)
10. Saxin Tendulkar (kriket)