16:56 06-11-2012
news_image

Taekvondoçularımız Türkiyədə 5 medal qazandılar

Türkiyədə müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirdə iştirak edən Azərbaycan taekvondoçuları 5 medala sahib olublar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, məşqçi Etibar İbrahimovun yetirmələrindən Anar Aslanovla (39 kq) Təranə Məmmədova (49 kq) bütün rəqiblərinə qalib gəliblər.

Digər təmsilçilərimizdən Vüsal Namazovla (68 kq) Nərminə Məmmədova (49 kq) ikinci yeri tutublar. Samir Novruzov (58 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Ordu şəhərində “Oksigen” beynəlxalq turnirində yerli taekvondoçulardan əlavə, İran və Gürcüstandan gələn 160-dan artıq iştirakçı 16 çəki dərəcəsində mübarizə aparıb.