16:38 07-11-2012
news_image
724
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti idmanın inkişafında xidmətləri olan şəxslərin təltif olunması haqqında sərəncamlar imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncamlar imzalyıb. Apasport.az saytının məlumatına görə, sərəncama əsasən, bir qrup şəxsə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar Jurnalist” fəxri adları verilib.

Prezidentin digər sərəncamı ilə Ağacan Abiyev və İlham Mədətov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub, bir qrup şəxsə “Tərəqqi” medalı verilib.

Başqa bir sərəncamla Babanlı Tofiq Xanlar oğlu, Rəcəbli Əhməddin İzzət oğlu və Zeynalov Elçin Hidayət oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri təyin olunub, Zərifə Teymur qızı Salahova və Ələkbər Əmir oğlu Məmmədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.

Bu şəxslər Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə təltif olunublar.