16:53 07-11-2012
news_image
503
DİGƏR NÖVLƏR

MOK seçilənləri mükafatlandırdı

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun inzibati binasında keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov yubileyə gözəl nəticələrlə gəldiklərini söyləyib.

Ardınca sərəncam səsləndirilib. Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslər mükafatlandırılıblar. Mükafatları nazir Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, baş katib Ağacan Abiyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.

Hüseynzadə çıxışında bütün təltif olunanları təbrik edərək bildirib ki, təqdim olunanları prezidentə təqdim edərkən, onların bu mükafatlara layiq olduğuna dair reaksiya verib. O, hamını “Buta”da keçiriləcək yubiley mərasiminə dəvət edib.

Baş katib Ağacan Abiyev də uğurların əldə olunmasında idmançıların xüsusi rolunu vurğulayıb. Təltif olunanlar adından çıxış edən “Təhsil” İdman Cəmiyyətinin sədri Cəfər Hümbətov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının sədri Eldar İsmayılov, paralimpiyaçı cüdoçulardan ibarət yığmamızın baş məşqçisi Əhməddin Rəcəbli və nazirliyin boks üzrə kuratoru Tofiq Babanlı dövlət başçısına təşəkkür ediblər. Rəcəbli təbrik sözlərini şerlə bitirib.

MOK İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova isə 20 illiklə bağlı miniaturlar hazırlayacağına söz verib.