22:11 07-11-2012
news_image
666
DİGƏR NÖVLƏR

İlham Əliyev MOK-un yubileyinə gələn qonaqları qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 7-də Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul edib. Apasport.az saytının xəbərinə görə, görüş zamanı prezident İlham Əliyev Azərbaycanın Olimpiya ailəsinin üzvü olandan bəri beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayıb.

Prezidentin sözlərinə görə, Azərbaycanda bir çox mühüm beynəlxalq idman tədbirləri keçirilir. “Biz Azərbaycanda daha çox və böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindəyik”, deyə prezident Əliyev bəyan edib.

Daha sonra Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Gazdar Mohammad Saleh, Sloveniya Olimpiya Komitəsinin rəhbəri Janez Koçijançiç çıxış edərək Azərbaycanın Olimpiya Oyunlarındakı nailiyyətlərinin bütövlükdə idmanın inkişafına bir töhfə olduğunu vurğulayıblar.