12:16 09-11-2012
news_image

Cüdoçumuz ABŞ-da dünya çempionu oldu

ABŞ-da usta cüdoçular arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk gündə Azərbaycan millisinin 2 idmançısı tatamiyə çıxıb.

Onlardan Zülfiyyə Hüseynova (70 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz qızıla gedən yolda Tseveqmed Namdaqı (Monqolustan), Sabina Menneni (Fransa) və Deçinmaa Raadanı (Monqolustan) məğlub edib.

Ondan fərqli, Məhəmməd Müslümzadə (+100) 3 döyüşünü qələbə ilə başa vursa da, növbəti görüşündə rusiyalı Viktor Maqeraya uduzub və mundialı yarışsız başa vurub.

Qeyd edək ki, 3 gün davam edəcək yarışda 7 cüdoçumuz hələ qüvvəsini sınamayıb.