22:13 09-11-2012
news_image

Millimiz Avropa Millətlər Kubokunda ikinci oldu

Moskvada “Avropa Millətlər Kuboku” yarışları start götürüb. Güləş Federasiyasından apasport.az saytına verilən xəbərə görə, yarışların ilk günündə qadınlar mübarizə aparıb.

Püşkatmanın nəticələrinə əsasən, Rusiya və İsveç komandaları ilə eyni qrupda yer alan Azərbaycan yığması hər iki görüşdə qalib gələrək finala yüksəlib. Azərbaycan güləşçiləri Rusiya üzərində 4:3, İsveç üzərində 6:1 hesablı qələbə qazanıb.

Finalda güləşçilərimizin rəqibi Ukrayna təmsilçiləri olub. Ancaq bu qarşılaşmada komandamız 2:5 hesabı ilə uduzub və Avropa Millətlər Kubokunun gümüş medalını əldə edib.

Qadın güləşçilərin yarışında ölkəmizi böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), İrina Netreba (59 kq), Anna Belyayeyva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) təmsil edib.