19:07 10-11-2012
news_image
3087
DÖYÜŞ NÖVLƏRİ

Millimiz Ermənistanı məğlub edib, finala çıxdı

Rusiyanın paytaxtı Moskvada startı verilən “Avropa Millətlər Kuboku” yarışları davam edir. Apasport.az saytının xəbərinə görə, bu gün sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilib.

Azərbaycan güləşçiləri yunan-Roma növü üzrə yarışlara qatılıb. Püşkatmanın nəticələrinə əsasən, millimiz Ukrayna və Ermənistanla eyni qrupda yer alıb. Digər yarımqrupda isə Rusiya, Bolqarıstan və Macarıstan qüvvəsini sınayıb.

Yunan-Roma güləşi üzrə yığmamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edir. Heyətdə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

İlk turda Ukrayna güləşçiləri Ermənistana 4:3 hesabı ilə qalib gəlib. İkinci turda isə güləşçilərimiz mübarizəyə qoşulub. Rəqib ukraynalılar olub. Sevindirici haldır ki, pəhləvanlarımız turnirə qələbə ilə başlayıb – 4:3.

Millimizin ikinci görüşünü də qələbə ilə başa vurub. Komandamız bu dəfə Ermənistan yığmasına şans verməyib.

Qrup mərhələsi

AZƏRBAYCAN – Ukrayna - 4:3
55 kq. Orxan Əhmədov – Yuri Koval - (3:0 1:0)
60 kq. Sakit Cəlilov – Konstantin Balitski - (3:0 3:0)
66 kq. Həsən Əliyev – Denis Demyankov - (1:0 1:0)
74 kq. Elvin Mürsəliyev – Dmitro Pışkov - (3:0 1:0)
84 kq. Rafiq Hüseynov – Jan Belenyuk - (0:1 1:2)
96 kq. Araz Həsənov – Sergey Rutenko - (0:1 0:2)
120 kq. Zaur Mehrəliyev – Yevgeni Orlov - (0:1 0:4)

AZƏRBAYCAN – Ermənistan - 6:1

55 kq. Orxan Əhmədov – Gevorq Qəribyan - (1:0, 2:0)
60 kq. Sakit Cəlilov – Avik Qriqoryan - (1:0, 1:0)
66 kq. Rəsul Çunayev – Saakyan - (2:0, 0:1, 3:0)
74 kq. Elvin Mürsəliyev – Karapet Çalyan - (2:1, 0:3, 1:0)
84 kq. Rafiq Hüseynov – Minasyan - (0:3, 4:0, 5:0)
96 kq. Araz Həsənov – Artur Aleksanyan - (0:1, 0:2)
120 kq. Zaur Mehrəliyev – Vaçik Yeqizaryan - (1:0, 1:0)

Millimiz bu qələbələrlə finala yüksəlib. Həlledici görüşdə komandamızın rəqibi Rusiya olacaq.