10:15 11-11-2012
news_image

Dünya çempionatında 9 medal

ABŞ-da keçirilən usta cüdoçular arasında dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması Zülfiyyə Hüseynovanın (70 kq) çempionluğundan sonra daha 8 medal qazanıb.

Bunlardan 1-i qızıl, 4-ü gümüş və 3-ü bürünc olub. Həmyerlilərimizdən Zaur Paşayev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı halda, Fərhad Rəcəbli, Rəsul Səlimov (hər ikisi 90, veteranlar arasında çəki ilə yanaşı, yaş kateqoriyalarına bölünürlər), Rəsul Sultanov (100 kq) və Azər Əsgərov (+100 kq) ikinci yerlə kifayətlənib. Cüdoçularımızdan Vüqar Budaqov, Müşfiq Cəfərov (hər ikisi 66 kq) və Yusif Kazımov (+100 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, yığmamız 46 ölkə arasında 11-ci yeri tutub.