11:19 11-11-2012
news_image

Yığmamızın Avropa çempionatı üçün heyəti bilindi

Noyabrın 16-da 23 yaşadək cüdoçular arasında start götürəcək Avropa çempionatına yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 9 idmançı qoruyacaq.

Bunlar Orxan Səfərov, Əli Rzayev (hər ikisi 60 kq), Afiq Səfərli, Orxan Dünyamalıyev (hər ikisi 73 kq), Əbdülhaq Rəsullu, Tural Səfiquliyev (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (92 kq), Sain Məmmədov (100 kq) və Andrey Fatiyevdir (+100 kq).

Qeyd edək ki, yarışa Çexiya ev sahibliyi edəcək.