13:17 11-11-2012
news_image
560
DİGƏR NÖVLƏR

4 günlük final mərhələsi

Bu gün 13-15 yaşlı oğlan otüstü hokkey komandaları Azərbaycan birinciliyinin final mərhələsinin startına çıxacaqlar. Otüstü Hokkey Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın həlledici mərhələsinə qədər cənub bölgəsindən 4 komanda Masallı Olimpiya-İdman Kompleksinin stadionunda dairəvi sistemlə 2 ən güclünü aşkar edib.

Cəlilabad hokkeyçiləri keçirdikləri 3 oyunun hamısında qələbə qazanaraq, I yeri tutublar. Masallıının “Olimp” komandası isə “Xəzər”(Lənkəran) və “Astara” üzərindəki qələbədən sonra 6 xalla II yerə layiq görülərək, Bakıda yarışmaq hüququna sahib olub.

Final mərhələsinə qədər “Gəncə” və “Şəki” komandaları da pley-offda qarşılaşaraq ən güclünü aşkar ediblər. Həmin oyunda Şəki hokkeyçiləri rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradaraq final mərhələsinə vəsiqə qazanıblar. Yekunda ölkəmizin müxtəlif şəhər və rayonlarından 8 klub 2 qrupda mübarizə aparmaq hüququ əldə edib.

A qrupunda “Atasport” (Binə), “Olimp”, “Şəki” və “Sumqayıt-2”, B qrupunda isə “Sumqayıt-1”, “Göytəpə”(Cəlilabad), “Şəmkir” və “Təhsil”(Bakı) komandaları dairəvi sistemlə qrup qaliblərini müəyyən edəcəklər.

Qrupların qalibləri noyabrın 14-də bilinəcək. Yekunda qalib komanda fəxri kubok və qiymətli hədiyyələr, ilk 3 yeri tutanlar isə müvafiq olaraq medal və GİN-nin diplomları ilə təltif olunacaqlar. Müxtəlif nominasiyalar üzrə fərqlənən 3 ən yaxşı hokkeyçi də qiymətli hədiyyələrlə mükafatlandırılacaq.