17:13 11-11-2012
news_image
1207
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan – Rusiya – 0:7

Rusiyanın paytaxtı Moskvada keçirilən “Avropa Millətlər Kuboku” yarışına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, turnirdə bu gün sərbəst və yunan-Roma güləşi üzrə üzrə mükafatçılar müəyyənləşib.

Azərbaycan güləşçiləri yunan-Roma növü üzrə yarışlarda qüvvəsini sınayıb. Qrup mərhələsində Ukrayna və Ermənistan qalib gələn millimiz finalda Rusiya ilə qarşılaşıb. Təəssüf ki, pəhləvanlarımız ilk 2 görüşündəki uğurunu bu dəfə təkrarlaya bilməyib. Ev sahibləri həlledici qarşılaşmada yığmamıza heç bir şans verməyərək, 7:0 hesabı ilə qalib gəlib. Nəticədə komandamız “Avropa Millətlər Kuboku”nu gümüş medalla başa vurub.

FİNAL
AZƏRBAYCAN - RUSİYA 0:7


55 kq. Orxan Əhmədov - Bekxan Mankiyev - 0:6, 2:0, 0:2
60 kq. Sakit Cəlilov - Minqiyan Semyonov - 1:1, 0:3, 0:4
66 kq. Həsən Əliyev - İslambek Albiyev - 0:3, 0:1
74 kq. Rəsul Çunayev - Aleksandr Çexirkin - 6:4, 0:1, 0:2
84 kq. Rafiq Hüseynov - Əzəmət Bikbayev - 0:2, 0:1
96 kq. Araz Həsənov - Nikita Melnikov - 0:4, 0:1
120 kq. Zaur Mehrəliyev - Əlixan Eyyubov - 0:4, 1:1