17:42 11-11-2012
news_image

“Azərbaycanla görüşdə hər şey yaxşı alındı”

“Bu gün Azərbaycanla görüşdə hər şey yaxşı alındı”. Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Rusiya millisinin İslambek Albiyev deyib.

Pekin-2008-in qalibi “Avropa Millətlər Kuboku”nda Azərbaycan yığması ilə görüşü şərh edib. O yerli federasiyanın rəsmi saytına açıqlamasında bildirib ki, güclü komandaya qalib gəliblər: “Mən və komanda yoldaşlarım üçün gərgin mübarizə getdi. Azərbaycan kimi güclü yığmaya qalib gəldik”.

Qeyd edək ki, ruslar həmyerlilərimizə 7:0 hesabı ilə qalib gəlib.