12:19 12-11-2012
news_image

Azərbaycan taekvondoçularından tarixi zəfər

İsveçrənin açıq çempionatında iştirak edən Azərbaycan taekvondoçuları turniri uğurla başa vurublar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Lozannada Olimpiya çəki dərəcələrində mötəbər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan idmançılarımız kişilər arasında ümumi komanda hesabında birinci nəticə göstəriblər.

Belə ki, Lozannada 80 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Bu döyüşdə Elvin Məmmədova qalib gələn Ramin Əzizov yarışın baş mükafatına layiq görülüb. Digər gümüş medal Fariz Əliyevin (68 kq) aktivindədir. 3-cü pilləni isə Günay Ağakişiyevaya (57 kq) tutub.

Qeyd edək ki, Azərbaycan taekvondoçuları A kateqoriyalı turnirlərdə kişilər arasında ilk dəfə belə yüksək nəticə göstərir. Komandamız vətənə noyabrın 13-də dönəcək.