14:35 12-11-2012
news_image

Bakıda dünya çempionatı başlayır

Fevralın 13-də Bakı İdman Sarayında boks üzrə tələbələr arasında sayca 5-ci dünya çempionatı start götürəcək. Apasport.az saytının xəbərinə görə, artıq 9 ölkə - Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Moldova, Nigeriya, Tacikistan, Gürcüstan, və Estoniya bu yarışda iştirak edəcəklərini rəsmən təsdiqləyiblər.

Ancaq turnir başlayana kimi daha 2-3 ölkənin boksçularının Azərbaycan paytaxtına gəlməsi istisna olunmur. Yarışın rəsmi açılış mərasimi fevralın 13-ü saat 17.00-da başlayacaq. Final döyüşləri fevralın 18-i saat 14.00-da start götürəcək.

17-də “Baku Fires” klubu WSB liqasında Argentina komandası ilə Bakıda qarşılaşacağından, həmin gün yarışda istirahət günüdür.

Lənkərandakı təlim-məşq toplanışını başa vuran milli komandamız artıq Bakıya dönüb. Yığmamızın heyətində Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovla yanaşı, London Olimpiadasının iki iştirakçısı da var. Avropa çempionu Salman Əlizadə və qitə çempionatıın mükafatçısı, təcrübəli Samir Məmmədov da heyətə daxil edilib. Məmmədov bu dəfə yeni çəki dərəcəsində mübarizə aparacaq.

49 kq: Salman Əlizadə
52 kq: Samir Məmmədov
56 kq: Cavid Çələbiyev
60 kq: Şaban Şahpələngov
64 kq: Heybətulla Hacəliyev
69 kq: Tamerlan Abdullayev
75 kq: Emin Əhmədov
81 kq: Vətən Hüseynli
91 kq: Teymur Məmmədov
91+kq: Kamran Mehdiyev