09:46 13-11-2012
news_image

Bakı klubu argentinalılara qarşı heyətini açıqladı

Noyabrın 17-də saat 19:00-da “Sərhədçi” Olimpiya Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 1-ci turu çərçivəsində “Baku Fires” (Azərbaycan) və “Argentina Condors” (Argentina) klubları qarşılaşacaqlar. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, artıq komandalar artıq heyətlərini açıqlayıblar.

“Baku Fires” klubunun heyətində rusiyalı dünya və Avropa çempionu Albert Səlimov debüt edəcək. Bu, həm də onun WSB liqasında ilk döyüşü olacaq. Komandamızın heyətində ötən mövsüm WSB liqasının fərdi yarışlarının qalibi olmuş Qairbek Qermaxanov və Ramazan Məhəmmədov da rinqə çıxacaqlar.

“Baku Fires” - “Argentina Condors”
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Alberto Ezequiel Melian (Argentina)
61 kq. Albert Səlimov (Rusiya) – İqnasio Perrin (Argentina)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Henri David Polanco Ferreras (Dominikan)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Facundo nahuel Simal (Argentina)
+91kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Maksimiliano Alexandro Sosa (Argentina)

Qeyd edək ki, Argentina klubu WSB liqasına bu mövsümdən etibarən qoşulub. Qrupumuzun digər görüşlərində noyabrın 16-da “Mexico Guerreros” “Poland Hussars” klubunu qəbul edəcək. Noyabrın 18-də isə “Dinamo” (Moskva) Əlcəzairin “Desert Hawks” komandası ilə qarşılaşacaq.